ABŞ Prezidenti Donald Tramp Papa Fransiskin dəfn mərasimi üçün Romaya səfəri zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşə biləcəyini istisna etməyib.
Qaynarinfo DW-yə istinadla xəbər verir ki, bu haqda Tramp Romaya səfəri ərəfəsində jurnalistlərin sualına cavab verərkən deyib.
"İtalyanlarla, sizin baş nazirinizlə görüşəcəyəm", deyə Tramp cavab verib.
İtaliya mediasının Romada Zelenski ilə görüşün mümkün olub-olmaması barədə dəqiqləşdirici sualına Tramp belə cavab verib: "Bu mümkündür".
Xatırladaq ki, 21 aprel səhəri Papa Fransiskin vəfat etdiyi məlum olub. Vatikanın verdiyi məlumata görə, 88 yaşlı Papa Fransisk insult və geri dönməz ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.
22 aprel tarixində Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, Papa Fransiskin 26 aprel şənbə günü keçiriləcək dəfn mərasimində iştirak edəcək.
Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenskinin də Papa Fransisklə vida mərasimi üçün Roma və Vatikana səfər etməyi planlaşdırdığı məlum olub.
ABŞ Prezidenti Donald Tramp isə artıq həyat yoldaşı Melaniya ilə birlikdə Romaya çatıb. Mediaya görə, Kiyev Romaya və digər tərəfdaş ölkələrə müraciət edərək, Papa Fransiskin dəfni münasibətilə şəhərə gələcək liderlərin iştirakı ilə Ukrayna üzrə sammit keçirilməsini təklif edib.
Alpər
Şərhlər