Xəbər lenti

Bələdiyyə torpaqları 110 min manatdan satışa çıxarılır
Ekonomiks 20:48 26.04.2025

Bələdiyyə torpaqları 110 min manatdan satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 27 may tarixində torpaq hərracı keçirəcək.

Valyuta.az xəbər verir ki, hərracda olan torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satışa çıxarılır.

Məlumata görə, hərraclar ƏMDX-nin Şirvan, Mingəçevir, Bərdə, Şamaxı, Beyləqan, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. 

Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 300 kv.m və 8200 kv.m, 1,1 ha - 17 ha arasında olan 22 torpaq sahəsi çıxarılacaq. 

Torpaq sahələri 110 min manatdan başlayan qiymətlə satışa çıxarılır. 

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->