Xəbər lenti

İşdən çıxmaq üçün məhkəməyə müraciət etdi
Ekonomiks 18:50 23.04.2025

İşdən çıxmaq üçün məhkəməyə müraciət etdi

Fəaliyyətini dayandıran "MAFF Agro” MMC-nin mühasibi işdən çıxa bilmədiyi üçün məhkəməyə üz tutub. 

Valyuta.az-ın məlumatına görə, 2021-ci ilin fevral ayında dövlət qeydiyyatına alınaraq Metin Özdilekin qanuni təmsilçiliyi altında fəaliyyətə başlayan "MAFF Agro” MMC müəmmalı səbəblərdən fəaliyyətini dayandırıb. 

Elə həmin ildən sözügedən şirkətdə mühasib vəzifəsində çalışmış V.G adlı şəxs "MAFF Agro” MMC fəaliyyətini dayandırdıqdan sonra başqa işə düzələ bilmir. 

Buna səbəb V.G adlı şəxsin, həmin şirkətdə aktiv işçi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron hökümət qeydiyyatında olmasıdır. Bu səbəbdən də yeni işə düzələ və işsiz kimi qeydiyyata alına bilmir.

V.G "MAFF Agro MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə məhkəməyə müraciət edib. 

Məhkəmə mühasibin iddiasını qəbul edib. 

Qeyd edək ki, "MAFF Agro MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 11 477.66 manat vergi borcu var. Şirkət rəhbəri hazırda ölkədən kənar olsa da onun Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->