İstanbulda baş vermiş 6,2 bal gücündəki zəlzələnin ardından təhsil naziri Yusuf Tekin açıqlama verərək, şəhərdəki məktəblərdə cümə axşamı və cümə günləri dərslərin təxirə salındığını bildirib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
Nazirin açıqlamasında qeyd olunub:
"İstanbulda baş verən və ətraf vilayətlərdə də hiss olunan zəlzələdən sonra, indiyə qədər məktəblərimizdə ciddi bir mənfi hal qeydə alınmayıb. Təhlükəsiz məkan ehtiyacını nəzərə alaraq, məktəb həyətlərimiz bütün vətəndaşlarımızın istifadəsinə açıqdır. Əlaqədar digər qurumlarımızla birgə qərar verərək İstanbuldakı məktəblərdə cümə axşamı və cümə günlərini tətil elan etdik".
Ali Təhsil Şurası (YÖK) sədri Erol Özvar isə verdiyi açıqlamada bildirib ki, sabah və cümə günü İstanbuldakı dövlət və özəl universitetlərdə tədris və təlim təxirə salınıb.
Aydın
Şərhlər