Xəbər lenti

İnvestorlar
Dünya 18:27 23.05.2025

İnvestorlar "OnlyFans" platformasını 8 milyard dollara almağı planlaşdırır

Bir qrup investor təxminən 8 milyard dollara "OnlyFans" onlayn platformasını almaq üçün danışıqlar aparır. 

Qaynarinfo xəbər verir ki, bunu "Reuters" mənbələrə istinadən yazıb.

Los-Ancelesdən olan "Forest Road Company" investisiya fondu platformanın əsas alıcısı ola bilər. Sövdələşmə ilə bağlı danışıqlar mart ayından bəri davam edir və tərəflər yaxın həftələrdə onu başa çatdırmağa ümid edirlər. Lakin mənbələrin sözlərinə görə, bu, uğurun zəmanət vermir.

İnvestorların "OnlyFans"ə marağı platformanın COVID-19 pandemiyası dövründə gəlirini əhəmiyyətli dərəcədə artırması ilə əlaqədardır.

Aprel ayında İllinoys ştatının sakinləri "OnlyFans"ə qarşı kollektiv iddia qaldırıblar. İddiaya görə, platforma istifadəçiləri aldadaraq, modellərin əvəzinə xüsusi agentliklər tərəfindən fanatlarla ünsiyyət qurmasına icazə verir.

M. Brunner və C. Fray deyirlər ki, onlar məzmun yaradıcıları ilə birbaşa yazışdıqlarına əmindirlər. Onların fikrincə, mesajların icarəyə götürülmüş işçilər tərəfindən göndərildiyini bilmək, abunə olmaq qərarına və ya ən azından köhnə qiymətə ödəniş etmək istəklərinə təsir edərdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->