Amerikalı geoloqlar ciddi narahatlıq bildirirlər: qarşıdakı 50 il ərzində baş verə biləcək güclü zəlzələ Qərbi ABŞ-da dağıdıcı meqa-sunamiyə səbəb ola bilər. Bu meqa-sunami bütöv şəhərləri və bölgələri xəritədən silmək gücündədir.
Qaynarinfo xəbər verir ki, "Independent" nəşrinin yazdığına görə, ən yüksək risk altında olan ərazilər Alyaska, Havay adaları, eləcə də Vaşinqton, Oreqon və Şimali Kaliforniya ştatlarıdır.
Mütəxəssislər bildirirlər ki, Vanquver adasının şimalından Mendosino burnunadək uzanan Kaskadiya tektonik qırılması hələ də aktivdir və potensial təhlükə daşıyır. Bu bölgədə son böyük zəlzələ 1700-cü ildə – yəni 300 ildən çox əvvəl baş verib.
Virciniya Politexnik İnstitutunun yeni tədqiqatına əsasən, yaxın 50 ildə bu bölgədə 8,0 və ya daha güclü zəlzələnin baş vermə ehtimalı təxminən 15 faiz təşkil edir. Belə bir zəlzələ 1000 fut (təxminən 300 metr) hündürlüyündə dalğalar yarada biləcək meqa-tsunamiyə səbəb ola bilər.
Adi sunamilərdən fərqli olaraq, meqa-sunamilər nadir və ekstremal hadisələrdir. Onlar qəfil baş verir və əvvəlcədən xəbərdarlıq olmur. Alimlər bildirirlər ki, belə bir zəlzələ halında əhalinin hazırlanması və təxliyəsi üçün vaxt demək olar ki, olmayacaq – hər şey cəmi bir neçə dəqiqə ərzində baş verəcək.
Qeyd edək ki, 2023-cü ildə Qrenlandiyanın şərqində meqa-sunami qeydə alınmışdı. Alimlərin müəyyən etdiyinə görə, bir kilometrdən yüksək qayalıq parçası suya düşərək Yer kürəsində doqquz gün davam edən titrəyişlərə səbəb olmuşdu. Bu dalğalanmalar sonradan planetin amüxtəlif nöqtələrində seysmoloqlar tərəfindən qeydə alınmışdı.
Aydın
Şərhlər