Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını "Qarabağ"da davam etdirmək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Teleqraf"a 30 yaşlı qolkiperin özü açıqlama verib.
O, Rusiya klublarından təklif almasına dair iddiaları təkzib edib: "Söz-söhbətlər çoxdur, amma mən "Qarabağ" klubunun oyunçusuyam".
Məhəmmədəliyev Ağdam təmsilçisindən ayrılmaq niyyətində olmadığını bildirib: "Burada uzun müddət qalmaq, komandaya fayda vermək istəyirəm. "Qarabağ"da hələ tamamlanmamış işlərim var".
Qeyd edək ki, 30 yaşlı "əlcək sahibi" 2023/2024 mövsümündə Türkiyənin "Adana Demirspor" komandasında çıxış etdikdən sonra ötən yay 1 illik müqavilə əsasında "Qarabağ"a transfer olunub.
Şərhlər