Bakıda keçirilən dünya çempionatında kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan Azərbaycan paracüdoçusu İlham Zəkiyev gümüş medal qazanıb.
Qaynarinfo xəbər verir ki, o, finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb
Həlledici görüşdə uduzan İlham Zəkiyev dünya ikincisi olub. Bununla da millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).
Şərhlər