Xəbər lenti

İki bələdiyyə sədrinə
Ekonomiks 18:59 21.11.2025

İki bələdiyyə sədrinə "stop" qoyuldu

Yardımlı rayonunda iki bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, Yardımlı rayonunun Ərus bələdiyyəsinin sədri Azad Qarayevin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 10.673,64 manat, Şiləvəngə bələdiyyəsinin sədri Seyran Mustafayevin isə 5.922,23 manat vergi borcu yaranıb.

İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Azad  Qarayevin və 1969-cu il təvəllüdlü Seyran Mustafayevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->