"2025-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 mln. manat vəsait ayrılmışdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib:
"Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 mln. manat məbləğində (23% çox) vəsait yönəldilmişdir".
Qafqaz Rafiqoğlu
Şərhlər