Xəbər lenti

Şəkidə çay daşdı, Qudula kəndi ilə əlaqə kəsildi (FOTO)
Foto 12:27 29.07.2024

Şəkidə çay daşdı, Qudula kəndi ilə əlaqə kəsildi (FOTO)

Şəkidə Əyriçayın daşması nəticəsində Qudula kəndi ilə əlaqə kəsilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bir neçə gündür yağan leysan yağışları nəticəsində Şəkinin Qudula kəndi ərazisindən axan Əyriçay çayı daşıb.

Nəticədə sel suları Qudula kəndini magistral yolla birləşdirən avtomobil yolunu yuyub.

Hazırda Qudula kəndinin şəhər mərkəzi və ətraf kəndlərlə əlaqəsi kəsilib. Yolda hərəkət yalnız yük avtomobilləri və traktorlar vasitəsi ilə mümkündür.

Bundan başqa, sel suları kənddə bir neçə evin həyətyanı sahəsinə və şəxsi təsərrüfatlara da dolub.

Hazırda problemin həlli istiqamətində işlər aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->