Xəbər lenti

3 ay ərzində 2 mindən çox insan ixtisara düşərək işini itirib
Ekonomiks 23:23 17.05.2025

3 ay ərzində 2 mindən çox insan ixtisara düşərək işini itirib

Bu ilin birinci rübü ərzində Azərbaycanda 23,4 min yeni iş yerləri açılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu dövrdə yeni iş yerlərinin 90,6%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni açılan iş yerlərinin 74,4%-i Bakı şəhərinin payına düşüb. İş yerlərinin 11,2%-i yeni yaradılan müəssisə və təşkilatlarda, 87,8%-i mövcud müəssisə və təşkilatlarda, 0,5%-i fəaliyyətini bərpa edilən müəssisə və təşkilatlarda, 0,5%-i isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2025-ci ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 48,4%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->