Braziliyalı hücumçu Neymar "Santos" klubu ilə müqaviləsini uzatmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "TNT Sports Brasil" məlumat yayıb.
Futbolçunun komanda ilə hazırkı iş müqaviləsi 2025-ci ilin yayında başa çatır. Mənbənin sözlərinə görə, tərəflər müqaviləni daha bir il yeniləmək niyyətindədirlər.
Yanvarın 28-də məlum olub ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Neymarla müqaviləni pozub, bundan sonra braziliyalı vətəninə qayıdıb və yetirməsi olduğu "Santos"la müqavilə imzalayıb. O vaxtdan bəri braziliyalı futbolçu komandanın heyətində 9 oyun keçirib, 3 qol vurub.
Neymar 2013-cü ildə 88 milyon avroya "Santos"dan "Barselona"ya transfer olunnuşdu. Braziliyalı 4 sonra rekord qiymətə - 222 milyon avroya PSJ-yə keçib. Neymar 2023-cü ilin yayında 90 milyon avroya PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. Ümumilikdə o, yeni komandası üçün beş oyun keçirib və bir qol vurmağı bacarıb. 18 oktyabr 2023-cü ildə Neymar Braziliya millisinin Uruqvaya qarşı matçında zədələnib - çarpaz bağları və menisküsü yırtılıb.
Samir
Şərhlər