"Beynəlxalq təcrübəni öyrənməklə 3 və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var"
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında büdcə müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
"Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən qiymətli sərvətidir. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi, psixoloji xidmətin təşkilinə ehtiyac var".- deyə komitə sədri bildirib.
Qafqaz Rafiqoğlu
Şərhlər