Xəbər lenti

ABŞ-ın
Dünya 10:47 03.10.2025

ABŞ-ın "Azadlıq heykəli" "şatdaun" səbəbindən bağlana bilər

ABŞ-da federal qurumların və proqramların maliyyələşməsini dayandıran "şatdaun” Azadlıq heykəlinin də ziyarətçilərə bağlanmasına səbəb ola bilər.

Qaynarinfo bu barədə "Gothamist”ə istinadla xəbər verir.

Büdcə böhranı nəticəsində Amerikanın əsas simvollarından birinin fəaliyyəti təhlükə altına düşüb. Nyu York ştatının qubernatoru Keti Hokul bildirib ki, ştat əvvəlki "şatdaun”larda qubernator Endryu Kuomonun etdiyi kimi, abidənin işləməsi üçün əlavə maliyyə ayırmayacaq.

Onun sözlərinə görə, Konqres yeni maliyyələşdirmə qərarı qəbul edə bilmədiyi üçün Nyu Yorkda 100 mindən çox federal işçi, o cümlədən Ellis və Liberti adalarında fəaliyyət göstərən Milli Parklar Xidməti əməkdaşları maaşsız qalıb. Təhlükə altında olan digər proqramlara "Head Start” və ərzaq yardımı da daxildir.

"Bu dəhşətlidir. Və bu, səhvdir”, — Hokul vurğulayıb.

O, Aşağı Manhetten sahilində, Azadlıq heykəlinə simvolik mənzərə ilə mətbuat konfransı keçirərək bildirib ki, abidə bağlansa belə, onun immiqrantlara qonaqpərvərlik mesajı dəyişməyəcək.

"İnsanlar respublikaçıların etdiklərinin nəticəsini görməli və gələn il mütləq seçkilərə getməlidirlər”, — deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ-da 1 oktyabrdan "şatdaun” başlayıb — respublikaçılar və demokratlar büdcə xərcləri ilə bağlı razılığa gələ bilmədiyindən federal hökumət qismən fəaliyyətini dayandırıb. Nəticədə yüz minlərlə dövlət qulluqçusu məcburi məzuniyyətə göndərilib, bir sıra sosial proqramlar dondurulub, bəzi qurumların fəaliyyəti isə iflic olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->