Xəbər lenti

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi
Ölkə 17:15 17.12.2025

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə mühakimə olunan Z.Sevdimalıyeva 2 il 3 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə həmçinin ona 1 il 11 ay 22 gün müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edib. 

İş materiallarından aydın olunur ki, Z.Sevdimalıyeva iki nəfərə qarşı dələduzluq edib. O, həmin şəxsləri Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzində dezinfketor vəzifəsinə işə düzəldəcəyi ilə aldadaraq onların birindən 3000 manat, digərindən isə 1500 manat alıb. 

Z.Sevdimalıyeva vədini yerinə yetirmədiyindən qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->