Aprelin 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşü keçirilib. 9 iqtisadçının iştirak etdiyi görüşdə sədr Birbank sistemində bir neçə məsələyə toxunub.
Sədr ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu deyib və eyni zamanda bu rəqəmin azlığından şikayətlənib.
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında sözügedən görüşün iştirakçılarından olduğunu bildirib:
"Taleh Kazımov bu rəqəmin azlığından şikayətləndi. Bunlar unikal müştərilərdir. Əvvəl bu rəqəm çox az olub, amma son dövrlərdə artıb. Taleh Kazımov dedi ki, hazırda bank sistemində unikal müştəri sayının artması ilə bağlı iş gedir”.
Əkrəm Həsənov bunun səbəbini vətəndaşların bank sisteminə inamsızlığı ilə əlaqələndirib:
"Banklara etimad azalıb, insanların çoxu pulunu evdə saxlayır. Bu da başa düşüləndir. Bu günün bank sistemi Elman Rüstəmova məxsusdur. Onun bank sistemini nə hala qoyduğu hamının gözü qarşısındadır. Bu sistemə etimad az olub”.
Bahar Rüstəmli
Şərhlər