Xəbər lenti

Azərbaycanla Türkiyə arasında qaz müqaviləsinin müddəti niyə uzadıldı? (ŞƏRH)
Ekonomiks 15:12 04.06.2024

Azərbaycanla Türkiyə arasında qaz müqaviləsinin müddəti niyə uzadıldı? (ŞƏRH)

"Bakı və Ankara Azərbaycan qazının tədarükünün uzadılmasına dair saziş imzaladılar. Deyilənlərin əksinə olaraq, "Şahdəniz-1” layihəsi üzrə hasilatın stabil olması müşahidə edildi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

İlham Şaban bildirib ki, adıçəkilən layihə üzrə hasilat 10 milyard kubmetr ətrafındadır:

”Əvvəllər ehtimal edilirdi ki, 2025-ci ildən sonra "Şahdəniz” yatağının həcmi azalacaq. Ancaq görünən odur ki, bu proqnoz özünü müsbət mənada doğrultmadı. Ona görə də Azərbaycanla Türkiyə sazişin müddətini 2030-cu ilə qədər uzatmaq qərarına gəliblər. Bu uzadılma isə tərəflərə əlavə gəlir gətirəcək”. 
 


Qeyd edək ki, Azərbaycan və Türkiyə "Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycan qazının tədarükünün uzadılmasına dair saziş imzalayıb. Sənəd 2025-2028-ci illəri əhatə edəcək. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb, 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->