Xəbər lenti

Azərbaycanın ən yaşlı kişisi vəfat etdi
Ölkə 11:50 31.03.2025

Azərbaycanın ən yaşlı kişisi vəfat etdi

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.

Bu barədə Modern.az-a onun yaxınları məlumat verib.

1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir. 

H.İbrahimov ölkəmizin ən yaşlı seçicisi idi. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı. 

O, uzun müddət mühasib vəzifəsində çalışıb. İkinci Dünya Müharibəsindən qayıtdıqdan sonra ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, ikisi oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.

2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib. 

Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->