Milli Məclisin son iclasında müzakirəyə çıxarılan "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatının təkmilləşdirilməsi nəzərdə tutulub.
Bəs Azərbaycanda neçə Çernobıl qəzası əlili var?
Modern.az bu sualla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 3800 nəfərdir. Onların 2 min nəfərdən çoxu Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, 1800 nəfərə yaxını Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi iştirakçılarının sayı isə 21 nəfərdir.
Şərhlər