Xəbər lenti

Azərbaycanda kartof kəskin bahalaşdı (SƏBƏB)
Ekonomiks 14:54 24.03.2025

Azərbaycanda kartof kəskin bahalaşdı (SƏBƏB)

Azərbaycanda kartofun qiyməti kəskin artıb. 

Qaynarinfo-nun məlumatına görə, son bir neçə gündə kartofun bazar qiyməti 1-1.20 manatdan 1.50 qəpiyə yüksəlib. 

Bəzi tərəvəz mağazalarında kartofun olmamasına da rast gəlinir. 

Ehtimal edilir ki, bazarlarda kartof qıtlığının səbəbi son vaxtlar havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. 

İddia olunur ki, ölkəmizdə sözügedən məhsulun saxlama məntəqələrinin kifayət qədər olmaması səbəbindən tonlarla kartof don vurmadan məhv olub. 

İrandan da Azərbaycana kartofun ixracı dayandığı deyilir. 

Ehtimal edilir ki, qarşıdakı günlərdə ölkədə kartofa olan təlabatı təmin etmək üçün Paksitandan idxal ediləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->