Astarada ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Qaynarinfo xəbər verir ki, rayonun sahilboyu ərazilərində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzləri və iaşə obyektlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.
Polis və aidiyyəti dövlət qurumları tərəfindən dənizkənarı ərazilərdə aşkarlanan antisanitar vəziyyət aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şərhlər