Xəbər lenti

Araz Musayevin bıçaqlanması ilə bağlı məhkəmə başladı
Ölkə 21:53 03.02.2026

Araz Musayevin bıçaqlanması ilə bağlı məhkəmə başladı

Türkiyənin Antalya şəhərində Muay Tay və Tayboks Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanmasında təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmə prosesində Araz Musayev də zərərçəkmiş qismində iştirak edib. Onun hüquqlarının müdafiəsini iki vəkil – Sevinc Həsənoğlu və Mehmet Said Gümüşbaş həyata keçirib.

Araz Musayevin bıçqalnamasında Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboks Federasiyasının 1-ci vitse-prezidenti Elşən Əbdürrəhimov, kikbosk üzrə məşqçi Vüqar Əsədov, Fuad Babayev, Rəşad Səlimov və Eynulla Babazadə təqsirləndirilir.

Prosesdə dövlət ittihamçısı müttəhimlərin istisnasız olaraq Araz Musayevin bıçaqlanmasında təqsirli olduqlarını bildirib və hakimdən onlara azadlıqdan məhrumetmə cəzası təyin etməsini istəyib. 

Məhkəmədə həmçinin Araz Musayevin bıçaq zərbələri nəticəsində aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi üçün onun yenidən ekspertizaya göndərilməsi barədə qərar qəbul edilib. 

Növbəti məhkəmə prosesi martın 2-nə təyin olunub.

Qeyd edək ki, Araz Musayev ötən ilin may ayında Türkiyənin Antalya şəhərində bıçaqlanıb. 

Seyid
--> -->