Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.
Günün ikinci görüşündə, saat 20:00-da "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Şərhlər