Xəbər lenti

ABŞ səfiri:
Dünya 13:32 13.08.2024

ABŞ səfiri: "Türkiyədən İranı razı salmasını xahiş edirik"

ABŞ Türkiyəni və İranla əlaqəsi olan digər müttəfiqlərini Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək etməyə çağırır.
 
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk çıxış edib.

ABŞ səfiri qeyd edib ki, Vaşinqton HƏMAS və Hizbullahın liderlərinin öldürülməsindən sonra İran və onun müttəfiqlərinin mümkün hücumlarının qarşısını almağa çalışır.

"Biz, Türkiyə də daxil olmaqla, İranla istənilən əlaqəsi olan bütün müttəfiqlərimizdən gərginliyi azaltmağa razı salmalarını xahiş edirik”, - o, İstanbulda jurnalistlərlə keçirdiyi dəyirmi masada Türkiyədəki diplomatik missiyasını yekunlaşdırarkən deyib.

Fleyk bildirib ki, Vaşinqtondakı türk diplomatlar vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün fəal şəkildə çalışırlar. Onun sözlərinə görə, onlar gərginliyin azaldılmasına can atan ABŞ-dan "daha inamlı görünürlər”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->