Xəbər lenti

Dünya 19:25 24.10.2024

"ABŞ Rusiya və Ukraynanı bu səbəbə görə savaşa sürükləyir" - Ekspert

"Bu açıqlamanı Ukrayna müharibəsində ciddi dəyişiklərin baş verəcəyi kimi yozmaq olmaz". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı son açıqlamasını şərh edərkən deyib.

"Qərb ölkələri istəyir ki, müharibə vaxtaşırı bir tərəfin digər tərəf üzərində üstünlüyü ilə keçsin. Son nəticədə də hər iki tərəf zəif düşsün. Bu mənada ABŞ prezidentinin açıqlaması bütövlükdə müharibənin gedişini dəyişdirmək məqsədi deyil, həm Rusiya, həm də Ukraynanın zəif düşməsinin göstəricisi kimi nəzərdən keçirilə bilər. Bu əslində iki dövlətin bir-birilə vuruşdurulması siaysətidir və müharibənin gedişində hər hansı bir ciddi dəyişiklik gözləmirəm. Ona görə də bu kimi müraciətlər əslində böyük şifrə xarakteri daşımır. Elə-belə nəzakət xarakteri daşıyan müraciətlərdir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı açıqlama verib. O, ABŞ-ın Ukraynaya 20 milyard dollar kredit ayıracağını təsdiqləyib. Onlar dondurulmuş Rusiya aktivlərindən alınan faizlər hesabına ödəniləcək. ABŞ lideri qeyd edib ki, o, bu ilin yayında G7 ölkələrini bir araya gətirmək üçün Ukraynaya Fövqəladə Gəlirlərin Sürətləndirilməsi Proqramı çərçivəsində 50 milyard dollar vəsait təmin etmək səylərinə rəhbərlik edib. 

Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra G7 ölkələri "Rusiyanın suveren aktivlərini ələ keçirmək üçün möhkəm addımlar atıb" və söz veriblər ki, Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu ziyanı ödəyənə qədər bu aktivlər ələ keçirilməyə davam edəcək. Bundan əlavə, Bayden Rusiyanın müharibədə qalib gəlməyəcəyini vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->