Xəbər lenti

ABŞ dövlət katibinin mühafizəçisi Belçikada polislə dava edib
Dünya 17:35 08.04.2025

ABŞ dövlət katibinin mühafizəçisi Belçikada polislə dava edib

ABŞ-ın dövlət katibi Marko Rubionun mühafizəçisi Belçikanın paytaxtı Brüsseldə polis əməkdaşları ilə insidentə qarışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Examiner" nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətinin (DSS) əməkdaşları 31 mart tarixində NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü üçün rəhbərliyin yerləşəcəyi "Amigo" otelində hazırlıq işləri aparıblar. Lakin bu zaman mühafizəçilərdən biri otelin barının bağlanmasından narazı qalaraq, əvvəlcə bar işçilərinə, daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına hücum edib.

Qəzetin məlumatına görə, mühafizəçi saxlanılıb, lakin ABŞ səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxılıb. ABŞ Dövlət Departamenti jurnalistlərə insident barədə məlumatlı olduqlarını təsdiqləyərək, hazırda məsələni araşdırdıqlarını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->