Xəbər lenti

700 illik yalan: Alimlər vəba xəstəliyinin mənşəyi haqqında ən məşhur
Dünya 20:30 25.11.2025

700 illik yalan: Alimlər vəba xəstəliyinin mənşəyi haqqında ən məşhur "faktı" təkzib etdi

Tarixçilər inqilabi kəşf açıqlayıblar: "Qara ölüm" adlanan vəbanın mənşəyi və sürətli yayılması haqqında geniş yayılmış nəzəriyyənin təməlini təşkil edən əsas sənədin bədii mətn olduğu ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, "Journal of Arabic and Islamic Studies" jurnalında dərc olunan yeni araşdırma, vəba xəstəliyinin Çindən Avropaya 10 ildən daha qısa müddətdə ildırım sürəti ilə yayıldığına dair yüzillik təsəvvürləri şübhə altına alır.

"Fakta" çevrilmiş mif

Bu nəzəriyyənin əsas mənbələrindən biri XIV əsrə aid məqama — suriyalı müəllif İbn əl-Vardinin qafiyəli nəsr şəklində yazdığı hekayə idi. Bədii üslubda yazılmasına baxmayaraq, bu mətn əsrlər boyu Asiyada xəstəliyin hərəkət marşrutunu təsvir edən guya tarixi təsvir kimi qəbul edilib.

Lakin alimlər müəyyən ediblər ki, bu mətn heç vaxt xronika kimi yazılmayıb. Bu, dövrün qorxularını və mənəvi iztirablarını ifadə etmək üçün yaradılmış ədəbi alleqoriya idi; pandemiyanın yolunu göstərən sənəd yox. Səhv interpretasiya hələ orta əsrlərdə baş verib və sonradan Avropa tədqiqatçıları tərəfindən də təkrarlanıb.

Bir uydurma süjet - qlobal nəticələr

Məqamaya əsaslanan "sürətli tranzit narrativi” belə formalaşıb: bu versiyaya görə Yersinia pestis cəmi bir neçə il ərzində Mərkəzi Asiyadan Qara dəniz bölgəsinə çatıb. Hətta müasir genetik araşdırmalar belə, zərərvericinin mənşəyinin mərkəzi asiyalı olduğunu təsdiqləsə də, bu yanlış xronologiyaya şüuraltı şəkildə istinad edirdi — halbuki həmin xronologiya şeiri-metaforadan götürülmüşdü.

Tədqiqatçılar bildirirlər ki, İbn əl-Vardi tək deyildi. O dövrün digər müəllifləri — əs-Səfadi və əl-Məkrizi — vəbanı ədəbi obrazlarla təsvir edirdilər: səyyah, qonaq və ya cəza verən qüvvə kimi. Sonralar bu obrazlar səhvən real coğrafi məlumat kimi qəbul olunub.

Yeni kəşf nələri dəyişir?

Alimlər vurğulayırlar ki, bu kəşf pandemiyanın mövcudluğu və ya onun miqyası ilə bağlı faktları şübhə altına almır (Avropada əhalinin 30–50 faizi həlak olmuşdu). Amma vəba xəstəliyinin yayılma sürəti və mexanizmləri barədə təsəvvürləri köklü şəkildə dəyişir.

Tədqiqat həm də məqama janrını öz həqiqi məqsədinə — insanların fəlakəti necə yaşadığını əks etdirən mədəni ifadələrə — qaytarır. Alimlər bunu COVID-19 dövründə yaranan miflər, simvolik şərhlər və psixoloji adaptasiya formaları ilə müqayisə edirlər.

Tədqiqat müəlliflərinin vurğuladığı kimi, bu hekayə bədii metaforanı fakt kimi qəbul etməyin nə qədər təhlükəli olduğunu və yalnız bir interpretasiya səhvinin belə elmi modelləri yanlış istiqamətə aparmasının necə asan baş verdiyini göstərən mühüm dərsdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->