Xəbər lenti

1961-ci ildə ABŞ milyonlarla mis iynəni orbitə niyə göndərib?
Dünya 22:08 12.02.2026

1961-ci ildə ABŞ milyonlarla mis iynəni orbitə niyə göndərib?

1961-ci ildə ABŞ təsadüfən insanlıq tarixində orbitə göndərilmiş ən qorxunc kosmik tullantılardan birini yaradıb. Onlar öz ionosferlərini yaratmağa çalışıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" yazıb.

ABŞ niyə öz ionosferini yaratmaq istədi?

Qeyd olunur ki, Soyuq müharibə dövründə ABŞ və SSRİ uzaq məsafələrə mesaj göndərmək yollarına məhdudiyyətlərlə üzləşmişdi. ABŞ digər ölkələrlə yalnız sualtı kabellər vasitəsilə və ya ionosfer üzərindən siqnal göndərərək ünsiyyət qura bilərdi.

ABŞ bu vəziyyətdən çox məmnun deyildi. Sualtı kabellər kəsilə bilərdi, ionosferdən istifadə edilən rabitə isə müdaxilə üçün həssas hesab olunurdu. ABŞ-ı narahat edən məsələ belə idi ki, aşağı orbitdə nüvə partlayışları radio əlaqəsini poza bilərdi, əgər SSRİ və ya digər tərəflər buna cəhd etsəydi.

Məqalədə qeyd olunur ki, ABŞ hərbçiləri və Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri bir həll yolu təklif ediblər - öz ionosferini yaratmaq. Fikir belə idi ki, milyonlarla mis iynə orbitə göndərilsin və lazım olduqda radio siqnallarını əks etdirsin.

Bu plan astronomlar arasında dərhal narahatlıq yaradıb. Onlar iynələrin müşahidələrini əngəlləyə biləcəyindən qorxunlar, digərləri isə onların peyklər üçün təhlükə yaratmasından ehtiyatlanıb.

İdeyanı sınamaq üçün komanda qısa müddət ərzində təbii parçalanma ilə başa çatacaq bir missiya hazırlayıb: iynələr kifayət qədər tez Yerə düşməli idi.

Eksperiment necə keçdi?

1961-ci ildə ABŞ Hərbi Hava Qüvvələri milyonlarla kiçik mis iynəni orbitə buraxmağa çalışıb. İlk cəhd uğursuz olub, çünki iynələr planlaşdırıldığı kimi buraxılmayıb.

Sonrakı mərhələdə komanda yeni bir dispenser – kosmosa buraxıldıqda tez buxarlanan naftalin-jel hazırlayıb. 1963-cü ildə Vestford layihəsi adlanan missiya uğurla 120–215 milyon iynəni kosmosa göndərib.

Planlaşdırılmışdı ki, iynələr yavaş-yavaş kosmosa yayılacaq və Yer üzündən göndərilən siqnalları ötürmək üçün istifadə olunacaq.

MIT-in Linkoln Laboratoriyasının sabiq direktor müavini Donald MakLellan bildirib: "Uğurlu rabitə üçün yüksək qazanclı antenlər (0,15° şüa), güclü ötürücülər və kifayət qədər enerji səpən dipollar tələb olunur, hansı ki, dipol zolağında ötürücü və qəbul edici şüaların kəsişdiyi ümumi məkan həcmində yerləşməlidir".

Məqalədə qeyd olunur ki, komanda sistemi göstərmək üçün Vestford stansiyaları arasında səs, mətn və məlumat ötürməsini həyata keçirə bilib.  Lakin Yer üzündən göndərilən bir çox mis iynə orbitdə qalıb.

NASA-nın açıqlamasına görə: "Bu kütlələr hələ də Günəş şüalarının təzyiqinə məruz qalır, lakin ayrı-ayrı iynələr kimi tez parçalanmırlar. Bu gün Yerin orbitində 46 belə kütlə qalıb, yalnız 9-u perigeyi 2000 km-dən aşağı olan orbitlərdə yerləşir".

Aydın

--> -->