Xəbər lenti

Qadınlar niyə kişilərdən daha çox üşüyür?
Sağlamlıq 21:11 12.02.2026

Qadınlar niyə kişilərdən daha çox üşüyür?

Kişilər daha çox istidən, qadınlar isə soyuqdan tez-tez narahat olduqlarını dilə gətirirlər.
 
Qaynarinfo "New York Post"a istinadən xəbər verir ki, yeni bir tədqiqat, insanların yarısının davamlı olaraq qalın paltar geymək məcburiyyətində qalmasının elmi səbəbini açıqlayıb.

ABŞ-ın Massachusetts ştatında aparılan araşdırmaya görə, qadınların kişilərdən daha çox üşüməsinin səbəbi yalnız hissiyyatla bağlı deyil, daha dərindir. Tədqiqat 28 sağlam kişi və qadının temperatur dəyişikliklərinə reaksiyasını yoxlayıb və qadınlarda daha aşağı temperaturda "kəskin” reaksiyalar müşahidə olunub.

Araşdırmanın baş müəllifi Dr. Robert Brychta bildirib ki, qadınların istirahət zamanı metabolizma sürəti kişilərdən daha aşağıdır və bu da onların çəkilərinin daha az olması ilə əlaqəlidir. Az çəkili insanlar daha az istilik istehsal edir.

İstirahət zamanı metobolizma necə sürətlə işləyir?

İstirahət zamanı metabolizm sürəti tənəffüs, qan dövranı və termorequlyasiya kimi əsas həyat funksiyalarını qorumaq üçün istirahət zamanı bədənin yandırdığı kalori miqdarına aiddir.

Kişilər daha çox əzələ kütləsinə malik olduqları üçün metabolizma sürətləri qadınlardan təxminən 23% daha yüksəkdir. Bu, kişilərin bədən istiliyini daha asan qorumasına imkan verir. Daha çox əzələ kütləsi isə daha çox istilik deməkdir.

Lakin bu tək faktor deyil. Brychta qeyd edir ki, "Daha çox bədən yağına malik insanlar daha yaxşı istilik izolyasiyasına sahibdir”. Qadınların ümumiyyətlə daha yüksək bədən yağı nisbəti, onlara müəyyən qədər təbii istilik qorunması verir.

Lakin metabolizma sürəti bədən istiliyinə birbaşa təsir etdiyindən,çəkisi az olan qadınlar soyuqdan daha çox təsirlənir.

Tədqiqat göstərir ki, bir insanın isti və ya soyuq hiss etməsi üç əsas amildən asılıdır: bədən ölçüsü, bədən tipi və bədən quruluşu.

Belə ki, kök kişiyə nisbətən daha kiçik bədənli qadın daha yavaş metabolizma və kiçik bədən ölçüsü səbəbilə daha çox üşüyür. Oxşar şəkildə, çox arıq və az bədən yağı olan kişi də iri bədənli insana nisbətən daha çox soyuq hiss edir.

Əvvəlki tədqiqatlar da göstərirdi ki, qadınların bədən istiliyi təbii olaraq kişilərdən yüksək olsa da, soyuğu daha kəskin hiss edə bilirlər. Bunun səbəbləri arasında qida vərdişləri və hormonal doğum nəzarət üsulları da yer alır.

Nəticə etibarilə, qadınlar və kişilər arasındakı istilik fərqi əsasən biyoloji və bədən quruluşundan qaynaqlanır. Daha az çəki və aşağı metabolizma sürəti qadınları daha çox üşüdür, bədən yağı isə müəyyən qədər istilik itkisini kompensasiya edir.

Yəni ofisdə, evdə və ya çöldə kimin daha isti və ya soyuq hiss etməsi təsadüfi deyil – bu, metabolizm və bədən quruluşunun təbii əksidir.
 
Günay
--> -->