Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Əli Mehdizadənin qardaşı Əhməd Mehdizadə vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı onun yaxınları paylaşıblar.
Bildirilib ki, Əhməd Mehdizadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Əli Mehdizadə 2020-ci il 1 noyabr tarixində səhər saatlarında Şuşa istiqamətində şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olunub.
Şərhlər