Xəbər lenti

Zelenskinin Səudiyyə səfərinin məqsədi nədir? (ŞƏRH)
Dünya 13:08 11.03.2025

Zelenskinin Səudiyyə səfərinin məqsədi nədir? (ŞƏRH)

"Zelenski Əl-Riyad vasitəsilə ABŞ-a müəyyən mesajlar ötürmək istəyir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ-la danışıqlarda iştirak etməsə də, Ukrayna prezidenti Volodimir Zelenskinin Səudiyyə Ərəbistanına səfərini şərh edərkən deyib.

Fərhad Məmmədov bildirib ki, Səudiyyə Ərəbistanı Rusiya-Ukrayna münasibətlərində özünəməxsus rola malikdir:

"Məhz bu dövlətin və onun rəhbərinin birbaşa vasitəçiliyilə əsirlərin dəyişdirilməsi baş verir. Səudiyyə Ərəbistanı elə bir ölkədir ki, həm Rusiya, həm ABŞ-la, həm də Ukrayna ilə münasibətləri qoruyub saxlayıb. Eyni zamanda, bu dövlətə və onun rəhbərliyinə maliyyə ehtiyatlarına görə hamı hörmət edir, onunla münasibətləri qoruyub saxlamaq istəyirlər".
 


Ekspert qeyd edib ki, bu mənada Zelenski üçün Səudiyyə Ərəbistanından humanitar yardımların alınması məsələsi önəmlidir:

"Digər tərəfdən, Kiyev ABŞ-la münasibətlərin normallaşmasında Əl-Riyadın təsirindən də istifadə etmək istəyir. Çünki danışıqlar harda keçirilirsə, bu həmin ölkənin imicinə, onun dünyadakı yeri və roluna müsbət təsir göstərir. Bundan istifadə edib, Zelenski Əl-Riyad vasitəsilə ABŞ-a müəyyən mesajlar da ötürə bilər".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmilərinin görüşü olacaq. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu görüşdə iştirak etmir. Bununla belə, onun özü də artıq Səudiyyə Ərəbistanındadır. Bu isə onu deməyə əsas verir ki, Zelenski Əl-Riyada digər başqa məqsədlər üçün gəlib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->