Xəbər lenti

Şahzadə Diana haqqında film Uilyam və Harri arasında münaqişə yaradıb
Dünya 23:24 16.02.2026

Şahzadə Diana haqqında film Uilyam və Harri arasında münaqişə yaradıb

Britaniya şahzadəsi Uilyam kiçik qardaşı Harri və onun həyat yoldaşı Meqan Marklın mərhum anası şahzadə Dianaya dair sənədli film çəkmə planlarına görə hüquq məsləhətinə müraciət etməyi düşünür.

Qaynarinfo xəbər verir ki, "Radar Online”ın mənbələrə istinadən yazdığına görə, söhbət "Netflix" platforması üçün nəzərdə tutulan layihədən gedir. Film 2027-ci ildə, Diananın ölümünün 30 illiyi ərəfəsində yayımlanacaq. Burada onun həyatı, media və monarxiya ilə münasibətləri, həmçinin ölümünün oğullarına təsiri əks olunacaq.

Mənbələr bildiriblər ki, layihə Uilyamda kəskin mənfi reaksiya doğurub. Gələcək kral anaları haqqında kommersiya məzmunu yaratmağı dərin narahat və hətta iyrənc hesab edir. Onun xüsusilə narazılığı Meqan Marklın layihədə iştirakı ilə bağlıdır – bunu şəxsi sərhədlərin pozulması kimi qəbul edir.

Mənbələrin məlumatına görə, şahzadə Harri isə layihədən imtina etməyi düşünmür. O inanır ki, anasının hekayəsini saray və qardaşının razılığı olmadan deməyə tam haqqı var:

"Harri uzun müddətdir hesab edir ki, anasını qorumaq məsuliyyətində olanlar onun həyatı və ölümü ilə bağlı yaxşı iş görməyiblər. Kritik anlarda, Dianaya həmrəylik və dəstək lazımdı, amma institut bunu verə bilmədi. Nəticədə o, monarxiyanı onun irsinin etibarlı qoruyucusu hesab etmir və onun hekayəsi saray strukturlarından kənarda danışılmalıdır”, deyə mənbə bildirib.

Əlavə gərginlik isə "Netflix" ilə əməkdaşlıqdan yaranır; bu platforma əvvəllər "The Crown” serialını yayımlayıb və serial bir neçə dəfə kral ailəsi tərəfindən tənqid olunub.

Nəşr bildirir ki, bu münaqişə qardaşlar arasında artıq gərgin olan münasibətlərin yeni bir dönmə nöqtəsinə çevrilə bilər. Harri və Meqan 2020-ci ildə kral vəzifələrindən ayrıldıqdan sonra münasibətlər əvvəldən də gərgin idi.

Aydın

--> -->