Xəbər lenti

Yaşlanmanı sürətləndirən səbəblər: Bununla necə mübarizə apamaq olar?
Sağlamlıq 09:44 25.01.2026

Yaşlanmanı sürətləndirən səbəblər: Bununla necə mübarizə apamaq olar?

Ekspertlər bildirir ki, xroniki stres yaşlanmanı sürətləndirir və hüceyrələrin yaşlanmasını gecikdirmək üçün onun idarə olunması vacibdir. Stres yalnız emosional vəziyyətə deyil, həm də bütün orqan sistemlərinə mənfi təsir göstərərək ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, xərçəng və osteoporoz riskini artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə diyetoloq Elizabet Harris "EatingWell" portalına danışıb.

Mütəxəssislərin tövsiyələri:

1. Başqaları ilə əylənməyə vaxt ayırın

Digərləri ilə birgə keçirdiyiniz müsbət anlar stres hormonlarının səviyyəsini azaldır. Bu məqsədlə ailə, dost və ya tərəfdaşla görüşlər planlaşdırmaq, gəzintiyə çıxmaq və ya hobbilərlə məşğul olmaq faydalıdır.

2. Yuxuya prioritet verin

Yetərli yuxu yaşlanmanı yavaşladır. Həkim A. Malkin yeddi-doqquz saatlıq sabit yuxu rejimi, ekran istifadəsinin azaldılması və otağın sərin və qaranlıq saxlanmasını tövsiyə edir.

3. Müntəzəm hərəkət edin

Fiziki fəaliyyət stressi azaldır və hətta həftədə bir məşq belə müsbət təsir göstərir.

4. Gündəlik stressi azaltma praktikası yaradın

Meditasiya, dərin nəfəs məşqləri, mindfulness və ya sadə fasilələr stress reaksiyasını sakitləşdirməyə kömək edir.

5. Mütəxəssisə müraciət edin

Əgər stres gündəlik həyatınıza mənfi təsir göstərirsə, psixoloq və ya terapevtlə işləmək, həm psixi, həm də ailə və iş streslərinin idarə olunmasında əhəmiyyətli nəticələr verə bilər.

Ekspertlər vurğulayır ki, stresin idarə olunması yaşlanmanın yavaşlamasında və sağlam, aktiv yaşlanmanın təmin edilməsində əsas amildir.

Aydın

--> -->