Xəbər lenti

Xalq artisti:
Sənət 11:06 09.04.2026

Xalq artisti: "Oğlumun yolu hələ bəlli deyil - futbol, yoxsa səhnə?"

"Oğlumun müğənni olub-olmaması hələ 20 yaşdan sonra bəlli olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova oğlunun müğənni olması ilə bağlı deyilənlərə aydınlıq gətirərkən deyib. 

Xalq artisti qeyd edib ki, oğlan uşaqları ümumiyyətlə, 20 yaşdan sonra oxumalıdır:

"Çünki oğlan uşaqlarının səs dəyişmə dövrü var. Hazırda oğlum ən pis yaş dövründədir. Çox istəyərdim ki, bu yaş dövrünü aşa bilsin, səsləri açılsın və oxusunlar".

Gülyanaq Məmmədova hələ oğlunun müğənnilik etmədiyini, oxumadığını vurğulayıb:

"Futbolçudur. İdman Akademiyasında təhsil alacaq. Ali təhsil çox vacibdir. Rejissorluğu da bacarır, hələ özünü axtarır. Həvəskar kimi hərdən nəsə oxuyur. Hazırda 17 yaşı var. Səs dəyişən dövrdədir. Səsi get-gedə açılmalıdır. Ürəkləri istəyir, mənimlə hərdən səhnəyə çıxırlar. Mən onsuz da nəinki öz balalarıma, bütün tələbələrimə dəstək oluram. Bu səbəbdən fərqli fikirlər yazırlar. Bu həmişə olub və olacaq. Ona dedim ki, "səhnəyə çıxırsan, hər şey yazacaqlar, danışacaqlar, bütün bunlara hazırsan?" Dedi "bəli". Səsi varsa, açılacaqsa, niyə də oxumasın. Amma oğlum futbolçu olmaq istəyir".

Bahar Rüstəmli
--> -->