Xəbər lenti

Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
Ölkə 15:00 16.02.2026

Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı TƏBİB rəsmi məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

13.50
 
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.

Bakupost.az-a daxil olan məlumata görə, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

--> -->