Xəbər lenti

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa olacaq
Sənət 11:25 16.02.2026

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa olacaq

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin "Qodo həsrətində" pyesi əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Bu barədə Qaynarinfo-ya sözügedən teatrın mətbuat xidmətindən verilib. 

Tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, rejissor assistenti Nəsibə Canəliyeva, səhnə tərtibatı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskovdur. 

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər. 

Bahar Rüstəmli
--> -->