Xəbər lenti

Şagirdin güllələdiyi müəllim palataya köçürüldü (YENİLƏNİB)
Ölkə 16:14 07.02.2026

Şagirdin güllələdiyi müəllim palataya köçürüldü (YENİLƏNİB)

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

Bu barədə Qaynarinfo-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
 
12.47
 
Ötən gün səhər saatlarında "İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb. 

Bu barədə Qaynarinfo-ya Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. 

Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl "İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb.

--> -->