Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin yeni sədr müavinləri məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan VK üzvlərinin növbəti konfransında elan edilib.
Belə ki, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov Kollegiyanın Rəyasət Heyətinin yeni sədr müavinləri seçilib.
Bundan başqa Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni üzvləri seçilib: Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayev Kollegiyanın Rəyasət Heyətinin yeni üzvləri seçilib.
Həmçinin Cavid Alıyev Vəkillərin İntizam Komissiyasının sədri, Elxan Quliyev onun müavini, İsmayıl Kəngərli, Elşən Səfərov, Ələsgər Hüseynli, Bəhrəmiyyə İlqar, Esmira Hüseynova, Əlirza Əbilov, Vasif Həsənov, Fazil Əhmədov, Abbas Kərimbəyli, Xəyal Bəşirov, Gülşən Salmanova, Paşa Səfərov, Elvin Səlimov, Elvin Əliyev, Ruslan Vəliyev isə Komissiyasının üzvləri seçilib.
Qeyd edək ki, konfransda Anar Bağırov növbəti dəfə VK Rəyasət Heyətinin sədri seçilib.
Şərhlər