Azərbaycan dövlət katibi vəzifəsini icra etmiş Lalə Şövkət hazırda ürəyindən müalicə alır.
Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət katibinin köməkçisi və oğlu Sidqi Şövkət bildirib.
"Lalə xanımın səhhəti nisbətən normaldır. Hazırda ürəyindən müalicə alır”.
Keçmiş dövlət katibinin hazırkı siyasi proseslər, o cümlədən İran-ABŞ qarşıdurması barədə fikirlərini isə öyrənmək mümkün olmayıb.
Köməkçisi Lalə Şövkətin artıq siyasətlə maraqlanmadığını, siyasi proseslərdən tamamilə kənarlaşdığını bildirib.
"Lalə xanım tez-tez Şopenhauerin "Ağıllı adam siyasətlə məşğul ola bilər, müdrik adam - heç vaxt!” sözünü təkrar edir. Lalə xanım deyir ki, "artıq mən müdriklik yaşındayam”".
Sidqi Şövkət onu da qeyd edib ki, Lalə Şövkət 15 ildir ki, bağ evində yaşayır.
Xatırladaq ki, Lalə Şövkət 1993-cü il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında isə postundan istefa verib. O uzun illər təsisçisi olduğu Azərbaycan Liberal Partiyasının (ALP) sədri səlahiyyətlərini icra edib.
Şərhlər