Amerikalı pop ulduzu Britni Spirs mart ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldıqdan sonra reabilitasiya mərkəzində müalicə kursuna başlayıb.
Qaynarinfo "Variety” nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı ifaçı müalicə proqramını könüllü şəkildə keçir.
Xatırladaq ki, sənətçi polis tərəfindən sərxoş halda sükan arxasında saxlanılıb. O, daha sonra polis bölməsinə aparılıb və bir müddət sonra sərbəst buraxılıb.
Britni Spirsin nümayəndəsi hadisə ilə bağlı açıqlamasında bunun "təəssüf doğuran və qəbuledilməz bir insident” olduğunu bildirib və ifaçının müvafiq addımlar atacağını, qanunlara əməl edəcəyini qeyd edib. O, həmçinin Spirsin bu dövrdə lazımi dəstək və yardım alacağına ümid etdiklərini vurğulayıb.
Aydın
Şərhlər