Xəbər lenti

Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi
Siyasət 19:28 13.04.2026

Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş katib "X”də yazıb.

Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.

--> -->