Gözlənilməz texniki nasazlıq səyahəti korlayan əsas amillərdən biridir. Məhz buna görə etibarlı avtomobil seçimi olduqca vacib hesab olunur.
Qaynarinfo xəbər verir ki, "How-To Geek” nəşrində uzaq məsafəli səfərlər üçün ideal sayılan 9 krossover və yolsuzluq avtomobilinin siyahısı dərc edilib. Mütəxəssislərin sözlərinə görə, bu modellər çox nadir hallarda sıradan çıxır.
9 çox etibarlı krossover və yolsuzluq avtomobili:
"Hyundai Santa Fe”
"Chevrolet Tahoe”
"Honda Pilot”
"Chevrolet Traverse”
"Subaru Ascent”
"Toyota Highlander”
"Nissan Pathfinder”
"Hyundai Palisade”
"Kia Telluride”
Reytinqdə ən etibarlı avtomobil "Kia Telluride” krossoveri olub. "J.D. Power” tədqiqatına əsasən, bu model etibarlılıq göstəricisi üzrə 100 mümkün baldan 83-nü toplayıb.
Nəşrdə "Kia Telluride” geniş salonu və yüksək təhlükəsizlik səviyyəsinə görə də müsbət qiymətləndirilib. Krossoverin digər üstün cəhəti zəngin texniki təchizatıdır.
Bununla yanaşı, "Hyundai Palisade” və "Nissan Pathfinder” modelləri də çox etibarlı avtomobillər kimi qeyd olunub. Ekspertlər bu krossoverlərin praktikliyini də yüksək qiymətləndiriblər.
Aydın
Şərhlər