Maraqlı hadisələr öyrənmək üçün Bakının kəndləri, şəhərin qədim məhəllələrini gəzirəm, yaşlı insanlarla söhbət edirəm. Tarixin canlı şahidləri olan bu insanlardan məlumat alandan sonra onun arixvlərdə sənədlərin olmasına, bu barədə məqalə, kitab yaxud hansısa araşdırma olmasının axtarışına başlayıram. Bu günlərdə Bakının İçəri şəhərində yaşlı insanlardan II Dünya müharibəsi illərində İrana uçan Avropa təyyarəsinin içindən tonlarla qızıl tapılması barədə əhvalat eşitdim.
"Qızıl təyyarə” barədə xüsusi xidmət orqanlarının arixvləri hələ də bağlıdır, bu hadisənin baş verməsinə dair rəsmi sənəd əldə etmək mümkün olmadığı üçün şəhərin yaşlı sakinləri və o dövrün araşdırmaçılarının eşitdiklərini bir araya gətirib Bakının qədim əfsanəsini yazı halına gətirdim.
1942-ci ildə Tehran bütün Müttəfiq güclərin missiyalarını qəbul edən mühüm bir mərkəz idi. Sovet və Britaniya qoşunları tərəfindən İranın işğalından sonra Bakı qaçqınlar və imkanlı adamların pullarını, var-dövlətinin saxlaya biləcəyi bir şəhər olmuşdu.
Eyni zamanda, 1942-ci ildə Bakı təkcə neft mərkəzi deyil, həm də Trans-İran Dəhlizinin mühüm mərkəzi idi. Müttəfiqlərin yardımı (Lend-Liz) İran vasitəsilə SSRİ-yə axırdı, yüklər və insanlar da əks istiqamətdə hərəkət edirdi. Bakı NKVD, Britaniya MI6 və Almaniyanın Abver agentləri ilə dolu idi.
Həmin il Bakı Hava Hücumundan Müdafiə Sistemi səmaya daxil olan bir təyyarə ilə əlaqə qurmağa çalışır. Təyyarə Britaniya "Douglas" şirkətinə məxsus idi və onun üzərində nişandan belə görünürdü. Havaya qalxan sovet təyyarəçiləri naməlum təyyarənin dərhal eniş etməsi əmrini verirlər və istiqamət Qala kəndində olan hərbi aerdrom göstərilir. Təyyarənin pilotu yanacaq doldurmaq üçün Bakı səmasına daxil olmasını əlaqə ilə bidlirsə də, təyyarənin yoxlanması tələbi irəli sürülür.
Hərbiçilər təyyarəni yoxlamağa başlayanda təəccüblərini gizlədə bilməyirlər. İçi dolu qızıl kərpic və qızıl əşyalarla dolu olan təyyarədə bahalı geyimli bir neçə nəfər olur. Onlar özlərini Avropada faşistlərdən qaçan çox nüfuzlu ailələr olduğunu bildirilər. Üümid edirdilər ki, "müttəfiq" statusları onlara Sovet ərazisindən keçərək neytral Asiya ölkələrinə uçmağa, aktiv döyüş zonalarını keçməyə imkan verəcək.
Deyirlər ki, təyyarənin sərnişinləri uçuş zolağında olarkən zabitlərlə danışıqlar aparmağa çalışıblar və uçuşu davam etdirmək üçün istənilən məbləği təklif ediblər.
Sovet hökuməti müharibə şəraitində belə bir yükü sadəcə buraxa bilməzdi. Qızıl "müdafiə fondu üçün" müsadirə edilir. Bəzi hesablamalara görə, tərkibində bir neçə yüz kiloqram qiymətli metal var idi. Sərnişinlər və heyət bir neçə ay təcrid olunmuş vəziyyətdə saxlanılır. Güman edilir ki, onlara "razılaşma" təklif edilib: sükut müqabilində azadlıq və faşizmlə mübarizə üçün "könüllü ianə" vədi verən sənədləri imzalamaq (Bir neçə yaşlı insan isə onların həbs edilərək uzaq həbs düşərgələrinə göndərdildiyini eşitdiyini dedi).
O dövrdə içi sərvətlə dolu olan təyyarənin ələ keçirildiyi barədə məlumat aşkar edilsəydi, sovetlərin Qərb müttəfiqləri ilə münasibətlərinə xələl gətirə bilərdi. Buna görə də hadisə xüsusi əməliyyat adı altında gizlədilir, "Tam məfxi" qrifi altında sənədlər saxlanılmağa göndərilir.
Deyilənə görə, əldə edilən qızıllar əridilərək istifadə edilib, digər əfsanəyə görə Sovet rəhbərləri arasında bölüşdürülüb.
Prof.Dr.Zaur Aliyev
Şərhlər