"Alyaska ilə Rusiya arasında tunel tikmək ideyası texniki cəhətdən mümkündür. Bu layihə Moskva və Vaşinqtona itkilərdən daha çox fayda gətirə bilər".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Corc Papadopulos "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
"Bu, texnoloji cəhətdən mümkün olan çox maraqlı bir təklifdir. Mənim fikrimcə, həm Rusiya, həm də ABŞ onun həyata keçirilməsindən itirəcəklərindən daha çox qazanacaqlar", deyə o bildirib.
Onun sözlərinə görə, layihə həddindən artıq investisiya tələb etmir və iki ölkənin yaxınlaşmasında mühüm amil ola bilər. Papadopulos qeyd edib ki, nəqliyyat dəhlizinin yaradılması ABŞ və Rusiya iqtisadiyyatlarını birləşdirəcək, həmçinin ölkələr arasında ticarət əlaqələrinin, investisiya əməkdaşlığının və humanitar əlaqələrin inkişafına kömək edəcək. Noyabr ayında alim Viktor Razbeqin Rusiyadan ABŞ-a Berinq boğazından keçən tunelin tikinti müddətinin 7-8 ildən 10-15 ilə qədər dəyişə biləcəyini bildirib. O, həmçinin layihənin dəyərini 7-15 milyard dollar olaraq qiymətləndirib.
RDIF-in baş direktoru Kirill Dmitriyev Çukotka ilə Alyaska arasında tunelin əl ilə çəkilmiş planını dərc edib. Bu şəkil 1970-ci illərdə SSRİ-yə amerikalı Daq Sandstrom tərəfindən göndərilib. O, rəsmə qeyd əlavə edib: "Dünya Sülhünün Kennedi-Xruşşov körpüsü Alyaska ilə Rusiya arasında tikilə bilər və tikilməlidir. Dərhal". Bu layihə indi "Putin-Tramp Tuneli" adlandırılır.
Aydın
Şərhlər