"Zorakılığın bütün formalarına baxsaq, bu rəqəm gələcəkdə bir az da arta bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova 2024-cü ildə yanvar-iyul aylarında 254 uşağın məişət zorakılığına məruz qalması ilə bağlı statistikadan danışarkən deyib.
Sədrin sözlərinə görə, bu statistikanın arasında ən çox rast gəlinən fiziki və cinsi zorakılıq faktlarıdır:
"Zorakılıq nədir? Əgər bizim ailə münasibətlərində uşaqlara olan münasibəti götürsək, bu rəqəm elə də çox deyil. 254 nəfər orta statistik bir rəqəmdir. Məsələn, intihar edən uşaqlar var. Onların da bir qismi zorakılığın nəticəsində özlərinə qəsd ediblər. Təhsillə də bağlı olanlar var. Bu yaxınlarda bir uşaq ali məktəbə daxil ola bilməmişdi. Valideyni onu danlamışdı. Uşaq da bununla barışmayıb intihar etmişdi. Bunlar da zorakılığın psixoloji formalarıdır. Fiziki zorakılıq da var”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalan uşaqlarla bağlı statistikanı açıqlayıb. 2024-cü ildə yanvar-iyul ayında komitəyə 254 uşaq zorakılığa məruz qalıb.
Bahar Rüstəmli
Şərhlər