ABŞ-ın perspektiv raket əleyhinə müdafiə sistemi olan "Golden Dome" (Qızıl Günbəz) layihəsinin inkişafının qiyməti 185 milyard dollara çatıb, bu əvvəlcədən planlaşdırılandan 10 milyard dollar çoxdur.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin proqram rəhbəri general Maykl Getleyn "Reuters"ə bildirib.
"Golden Dome" yerüstü müdafiə obyektlərinin, məsələn, qarşılayan raketlər, sensorlar və komanda və idarəetmə sistemlərinin genişləndirilməsini, eləcə də orbitdən gələn potensial təhlükələri aşkarlamaq, izləmək və qarşısını almaq üçün nəzərdə tutulmuş kosmik elementlərin əlavə edilməsini nəzərdə tutur.
185 milyard dollar məbləği Getleynin "obyektiv arxitektura” adlandırdığı – növbəti onillikdə həyata keçiriləcək tam imkanlı sistemləri əhatə edir. O, həmçinin kosmik qarşılayanları proqramın ən riskli elementi kimi göstərib, əsas problem kimi onların miqyaslana bilməsi və əlçatanlığını qeyd edib.
Proqram rəhbəri bildirib ki, hədəfə yönəlmiş enerji silahları və növbəti nəsil süni intellekt qarşılamanın maliyyətini azaltmaq üçün ən perspektivli texnologiyalardır.
"Qızıl Günbəz" ABŞ prezidenti Donald Trampın təşəbbüsü olub və 2025-ci ilin əvvəlində başlayıb. Bir neçə ay ərzində ABŞ raket əleyhinə müdafiə agentliyi ilə bağlanan müqavilələr çərçivəsində bu layihəyə 250-dən çox şirkət qoşulub.
Əvvəllər bildirilib ki, "Qızıl Günbəz”in ehtimal olunan ümumi qiyməti 175 milyard dollardan çox ola bilər – bu Trampın optimist proqnozlarına əsaslanır. Eyni zamanda, Konqresin Büdcə İdarəsi onu 542 milyard dollar qiymətləndirib.
Beləliklə, analitiklərin fikrincə, "Qızıl Günbəz” ABŞ-ın ən bahalı müdafiə layihələrindən birinə çevrilmək şansına malikdir, bu sahədə yalnız LGM-35 Sentinel qitələrarası ballistik raketləri rəqabət apara bilər, onların yaradılma qiyməti isə 160 milyard dolları ötüb.
Aydın
Şərhlər