Xəbər lenti

ATV-nin yayımında dəyişiklik: xəbər buraxılışlarının da sayı artdı ...
Ölkə 17:19 18.03.2026

ATV-nin yayımında dəyişiklik: xəbər buraxılışlarının da sayı artdı ...

Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Belə ki, "Bizimləsən” və "Rəngarəng” verilişləri efirdən çıxarılıb. Artıq kanalın yayım siyasətində də dəyişiklik edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəbərlər proqramının sayı artırılıb. İndiyədək gündə iki dəfə - 14.00 və 20.30-da xəbərlər efirə gedirdi. Bu gün isə 17.00-da da xəbər buraxılışı yayımlanıb.

Məlumatda görə, bu son deyil və dəyişikliklər davam edəcək.

Aydın
--> -->