Xəbər lenti

Əli Həşimliyə federasiya prezidenti seçildi
İdman 18:23 18.03.2026

Əli Həşimliyə federasiya prezidenti seçildi

Əli Həşimli Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.

Bu barədə Qaynarinfo-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin ümumi yığıncağında adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.

İctimai birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.

Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Əli Həşimli qurumun yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmayıllı vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv təsdiqləniblər.

--> -->