Xəbər lenti

Dünyanın ən ekoloji şəhərləri: Yeni qlobal reytinq açıqlandı
Dünya 19:19 18.03.2026

Dünyanın ən ekoloji şəhərləri: Yeni qlobal reytinq açıqlandı

Britaniya nəşri "Daily Mail" dünyanın ən ekoloji şəhərlərinin reytinqini təqdim edib. 

Qaynarinfo xəbər verir ki, analitiklər şəhərləri ekologiya və dayanıqlı inkişaf göstəricilərinə əsasən qiymətləndiriblər: park və yaşıl sahələrin sayı, hava keyfiyyəti, ictimai nəqliyyatın əlçatanlığı, emissiya səviyyəsi və yerli hakimiyyətin ekoloji siyasəti.

Reytinqin lideri Norveçin paytaxtı Oslo olub. Təxminən 724 min sakini olan bu şəhərdə yaşıl sahələr bol olduğu üçün əhalinin 95%-i 300 metr məsafədə yaşıl zonalara çıxışa malikdir. Oslo uzun müddətdir ekoloji siyasətdə qabaqcıl hesab olunur: şəhərdə elektrik nəqliyyatı inkişaf etdirilir, mərkəzdə avtomobil hərəkəti məhdudlaşdırılır və yaşıl infrastruktur layihələrinə investisiya qoyulur.

İkinci yeri Litvanın paytaxtı Vilnüs, üçüncü yeri isə Finlandiyanın paytaxtı Helsinki tutub. Onluğa Avstriyanın paytaxtı Vyana, Avstraliya paytaxtı Kanberra və ən böyük şəhəri Sidney də daxildir.

Dünyanın ən ekoloji on şəhəri belədir:

1. Oslo (Norveç)
2. Vilnüs (Litva)
3. Helsinki (Finlandiya)
4. Vyana (Avstriya)
5. Kanberra (Avstraliya)
6. Sidney (Avstraliya)
7. Stokholm (İsveç)
8. Sinqapur (Sinqapur)
9. Redinq (Böyük Britaniya)
10. Münhen (Almaniya)

Ekspertlər qeyd edirlər ki, bu şəhərlərin əksəriyyəti yaşıl sahələrin inkişafına, ekoloji nəqliyyat sistemlərinə və emissiyaların azaldılmasına investisiya edir, bu da onları yaşamaq üçün daha komfortlu edir. Reytinq həmçinin şəhərlər arasında ekoloji məsuliyyətli metropol statusu uğrunda artan rəqabəti əks etdirir.

Aydın

--> -->